“Qarabağ” klubunun rəqibləri müəyyənləşdi

Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayıb. 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünüb. Burada ölkəmiz yalnız “Qarabağ” klubu  təmsil edib. Ağdam təmsilçisi dünən Hollandiyada “Tvente” ilə 1:1 bərabərə qalmaqla, tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.

Son Azərbaycan çempionu dördüncü səbətdə yer alıb. Bu isə o deməkdir ki, digər üç səbətdə qərarlaşan istənilən komanda Ağdam klubuna rəqib ola bilərdi. Artıq “Qarabağ”ın rəqibləri müəyyənləşib. Qurban Qurbanovun komandası “F” qrupunda “İnter” (İtaliya), “Dnepr” (Ukrayna) və “Sent Etyen” (Fransa) klubları ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan