“Qarabağ” kubok üçün başladı

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması üçün ötən gündən məşqlərə başlayıb. Allsport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Premyer Liqanın 30-cu turundakı gərgin “Simurq” matçından sonra komandaya 1 günlük istirahət vermişdi.

Ötən gün komanda 1 məşqə çıxıb. Ağdamlılar hazırlıqları elə Zaqatalada davam etdirirlər.

Qeyd edək ki, aprelin 21-də keçiriləcək qarşılaşmanın başlama saatı da müəyyənləşib. Belə ki, Zaqatala şəhər stadionundakı görüş saat 18:00-da start götürəcək.

Həmin kateqoriyadan