“Qarabağ” – “Kukesi” görüşünün hakimləri

Çempionlar liqasının 2-ci ələməsində “Qarabağ”ın paytaxtda “Kukesi” klubu ilə cavab matçının hakimləri məlum olub. Allsport.az saytı xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan briqada idarə edəcək.

Matça baş referisi Peter Kralovic olacaq. Miroslav Benko və Erik Vayss yan xətt, Patrik Hrka ehtiyat hakim olacaq.

Albaniya təmsilçisi ilə görüş avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq. “Köhlən atlılar” səfərdə ilk oyunda 0:0 edib.

Həmin kateqoriyadan