“Qarabağ” Londona ciddi itki ilə yollanır

Çempionlar liqasının qrupunun ilk görüşündə Londonda “Çelsi” klubunun qonağı olacaq “Qarabağ” İngiltərə səfəri öncəsi ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, “köhlən atlılar”ın albaniyalı müdafiəçisi Ansi Aqolli bu matçı buraxacaq.

O, DÇ-2018-in seçmə mərhələsidə Makedoniya ilə oyunun 73-cü dəqiqəsində zədələnərək meydanı tərk edib. Futbolçu bir neçə gün məcburi istirahət etməlidir. Xatırladaq ki, bu klublar qarşılaşma sentyabrın 12-də keçiriləcək.

Həmin kateqoriyadan