“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırıb

“Qarabağ” Topaz premyer liqasında yenilməz oyunlar seriyasını 15-ə çatdırıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu 23-cü turun “Kəpəz”lə səfər matçında 1:0 hesablı qələbə ilə ikinci “onluğ”unu yarılayıb.

Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun komandası 9-cu turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır.

“Qarabağ” bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib. Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan “köhlən atlılar” özünün Azərbaycan çempionatlarındakı nəticəsini – 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.

Həmin kateqoriyadan