“Qarabağ” Məhəmməd Keytanı alır

“Qarabağ” Polşanın “Lex” klubunun futbolçusu Məhəmməd Keytanı transfer edə bilər. Allsport.az saytı xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

Həmkarlarımızın iddiasına görə, 26 yaşlı norveçli hücumçunun ABŞ-ın “Minnesota” klubuna keçəcəyi gözlənilsə də, o, son anda qərarını dəyişib və “köhlən atlılar”la razılığa gəlib.

Reynaldonun gedişindən sonra ön xətidə ciddi boşluq yaranıb. Baş məşqçi Qurban Qurbanov tezliklə bu məsələni yoluna qoyulmasını istəyir.

Həmin kateqoriyadan