“Qarabağ” Madriddə əzmkar oyunla heç-heçə etdi

Bu gün çempionlar liqasının qrup mərhələsinin 4-cü turuna start verildi. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” Madriddə yerli “Atletiko”sunun qonağı oldu.

“Vanda Metropolitano” stadionunda hesabı bizimkilər açdı. Miçel 40-cı dəqiqədə baş zərbəsi ilə gözəl qol vurdu. Komandamız 2-ci yarıda da hücumlar qurdu. Amma Pedro Enrikenin 56-cı dəqiqədə qırmızı vərəqə alması durumu çətinləşdirdi.

Bundan yararlanan rəqib hesabı bərabərləşdirdi. “Hindular” çoxluqdan istifadə edib xeyli müddət təzyiqi davam etdirdi. Amma 88-ci dəqiqədə “Atletiko” da azlıqda qaldı. Sonadək döyüşən “Qarabağ” Madriddə də xal qazandı – 1:1.

Həmin kateqoriyadan