“Qarabağ” Moldovaya yollandı

“Qarabağ” Moldovaya yola düşüb. Allsport.az saytı xəbər verir ki, Avropa liqasının pley-off mərhələsidə səfərdə “Şerif”lə qarşılaşacaq Ağdam klubu Bakı-Kişinyov reysi ilə yollanıb.

Oyundan öncə mətbuat konfranslarının və son məşqlərin vaxtları açıqlanıb. Sabah Qurban Qurbanov “Şerif” stadionunun mətbuat üçün böyük zalında jurnalistlərlə görüşəcək. Tədbir saat 19:40-da başlayacaq. Bundan 20 dəqiqə sonra isə həmin arenada Ağdam təmsilçisinin son məşqi start götürəcək.

Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. “Şerif” – “Qarabağ” oyunu avqustun 23-də saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan