“Qarabağ” – “Neftçi” oyununun biletləri satışda

Azərbaycan kubokunun finalının biletləri PFL tərəfindən hazırlanaraq, “Qarabağ” və “Neftçi” klublarına təhvil verilib. Allsport.az saytı xəbər verir ki, oyun zamanı 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarında olacaq.

Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında təşkil ediləcək. Qiymətlər sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə mayın 25-də keçiriləcək.

Həmin kateqoriyadan