“Qarabağ” PAOK-un braziliyalı yarımmüdafiəçisini icarəyə götürür

Yunanıstan PAOK-unun futbolçusu Pedro Enrikenin “Qarabağ”a gəlişi gerçəkləşir. Allsport.az saytı xəbər verir ki, transfer pəncərəsi bağlanana qədər “köhlən atlılar” bu keçidi həll edəcək.
Braziliyalı yarımmüdafiəçi ilə danışıq müsbət həll olunub və onun Azərbaycan çempionuna icarəyə verilməsi razılaşdırılıb. “Qarabağ”ın çempionlar liqasının qrupunda çıxış etməsi Pedronun gəlişində mühüm rol oynayıb.

Həmin kateqoriyadan