“Qarabağ” paytaxtda Danimarka “aslanlar”ına qalib gəldi

Bu gün çempionlar liqasında pley-off mərhələsinin ilk oyunları keçirildi. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”lə görüşdü.

90 dəqiqə ərzində xeyli qol vəziyyəti yaradan və rəqibindən çox üstün futbol nümayiş etdirən “köhlən atlılar” yalnız 1 dəfə fərqləndi. 25-ci dəqiqədə dirəkdən qayıdan topu düzgün mövqe seçən Mahir Mədətov rəqib qapısına göndərdi.

Bu komandalar arasında cavab oyunu avqustun 23-də olacaq. Cütün qalibi qrupa adlayacaq, yenilən Avropa liqasının həlledici mərhələsində mübarizəni davam etdirəcək.

Həmin kateqoriyadan