“Qarabağ” polisdən kömək istəyir

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Qarabağ” – “İnter” (Milan) matçının biletləri bu gündən satışa çıxarılıb. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi biletlərin “qara bazar”da satılmasının qarşısını almaq üçün artıq bir sıra tədbirlər görməyə başlayıb.

Klubun meneceri Asif Əsgərov qol.az saytına deyib ki, billet satışı yüksək səviyyədə həyata keçirilir: “Qara bazar”da bilet satışının qarşısını almaq üçün respublika stadionunun kassalarına öz nümayəndələrimiz nəzarət edir. Biletlərin eyni şəxslərə çox satılmasının qarşısını almaq məqsədilə klubumuz tərəfindən kassaların ətrafında mühafizəçilər yerləşdirilib. Bundan əlavə polisə də müraciət etmişik. Bildirmişik ki, azarkeşlərin biletin üzərində yazılan qiymətlərlə almalarını təmin etsinlər”.

Xatırladaq ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirdiyi əvvəlki ev oyunlarında bilet satışında problemlər yaranıb.

Həmin kateqoriyadan