“Qarabağ” rəhbərliyi Lüksemburqda işgüzar toplantıda

Avropa liqasının “E” qrupunda “Düdelanj”la üz-üzə gələcək “Qarabağ” oyunöncəsi işgüzar görüş keçirib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun rəhbərliyi Lüksemburqda Qarabağ Azərbaycan mədəniyyət assosiasiyası ilə görüşüb.

Toplantıda həmçinin assosiasiya üzvləri sabah baş tutacaq oyunda “Qarabağ”a stadiondan dəstək olacaqları bildiriblər. “Jozi Bartel” stadionunda keçiriləcək matç saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan