“Qarabağ” rəqiblərini Bakı olimpiya stadionunda qəbul edəcək

“Qarabağ”ın çempionlar liqasında ev oyunlarını keçirəcəyi stadion “Tofiq Bəhramov” olmayacaq. Allsport.az saytı xəbər verir ki, tarixində ilk dəfə Avropanın ən mötəbər klub yarışına vəsiqə qazanan “köhlən atlılar” rəqiblərini Bakı olimpiya stadionunda qəbul edəcək.

İlk ev matçı sentyabrın 27-də “Roma”ya qarşı olacaq. Oktyabrın 18-də “Atletiko” və noyabrın 22-də “Çelsi” ilə görüşlər də ölkənin ən böyük futbol qurğusunda keçiriləcək.

Həmin kateqoriyadan