“Qarabağ” – “Roma” matçı portəgiz hakimlərə tapşırılıb

Çempionlar liqasında “Qarabağ” klubunun İtaliya “Roma”sına qarşı ev oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, “C” qrupunda keçiriləcək 2-ci turun matçı Portuqaliyadan olan referilərə həvalə olunub. Bu komandalar arasında görüş sentyabrın 27-də Bakı olimpiya stadionunda olacaq və yerli vaxtla saat 20:00-da başlayacaq.

Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tyaqo Martins, Joao Pineyro
Altıncı referi: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Jakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya).

Həmin kateqoriyadan