“Qarabağ” sabah Kiprə yollanır

Avropa liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə qarşılaşacaq “Qarabağ” noyabrın 5-i Kiprə yollanacaq.

Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-dan sonra çarter reysi ilə səfərə yola düşəcək. Təyyarənin uçuşdan 3 saat sonra Kiprə eniş etməsi gözlənilir.

Noyabrın 6-sı Qurban Qurbanovun mətbuat konfransı və komandanın oyunun keçiriləcəyi GSP stadionunda məşqi nəzərdə tutulub.
 
Noyabrın 7-si Nikosiya şəhərində baş tutacaq APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək. Oyundan dərhal sonra komanda Bakıya qayıdacaq.

Həmin kateqoriyadan