“Qarabağ” sabah yola düşür

“Qarabağ” sabah yola düşür. Allsport.az xəbər verir ki, 2014/15 mövsümünün 2-ci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq komandanın 20 günlük istirahəti başa çatır.

Ağdam klubu Bakı – İstanbul – Antalya reysiylə qardaş ölkəyə hərəkət edəcək. “Qarabağ” Türkiyədə 21 gün təlim-məşq toplanışında olacaq. Komanda fevralın 1-də Bakıya dönəcək.

Təlim-məşq toplanışı müddətində “Qarabağ” Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Qurban Qurbanovun komandası təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama maçında gücünü sınayacaq.

Həmin kateqoriyadan