“Qarabağ” – “Şerif”: Mətbuat konfransları və son məşqlər

Avropa liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” – “Şerif”” (Moldova) oyunundan öncə mətbuat konfransları və son məşqlərin vaxtı bilinib. Allsport.az saytı xəbər verir ki,  Qurban Qurbanov avqustun 29-u “Azərsun arena”da saat 18:10-da KİV önünə çıxacaq.

Komandamızın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubuun bazasında baş tutacaq. İlk 15 dəqiqə mətbuat və azarkeşlər üçün açıq olacaq.

Rəqib komandanın baş məşqçisi saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. “Şerif”in son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Həmin kateqoriyadan