“Qarabağ” üçün asan viza

“Qarabağ” Avropa liqasının “E” qrupunun sonuncu turunda səfərdə “Arsenal”ın qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu bu matç üçün Böyük Britaniya vizası əldə etmək üçün lazımı prosesdən keçib.

Bu vizanın verilməsində səlahəyyətli şirkət TLS komandaya jest edib. Şirkətin nümayəndələri futbolçuların sıx qrafikini nəzərə alaraq klubun bazasına gələrək lazımı prosesləri məhz burada yerinə yetirib.

Ağdam klubu başda Elnur Adilov olmaqla TLS şirkətinə komandaya dəstək verdiyinə və alicənab hərəkətinə görə xüsusi təşəkkürünü bildirib.

Həmin kateqoriyadan