“Qarabağ” yoxlama matçında ÇSKA-ya böyük hesabla uduzub

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” 2-ci yoxlama matçını keçirib. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanını  ÇSKA (Sofiya) klubu ilə üz-üzə gəlib.

Kössen qəsəbəsində baş tutan matç bizim üçün uğursuz olub. Belə ki, çempionumuz rəqibə böyük hesabla uduzub – 2:5. Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov matç boyu 7 əvəzləmə etdiyi halda, balkanlar oyunu start heyətlə bitiriblər.

Həmin kateqoriyadan