“Qarabağ”a 2 mükafat birdən

2014-cü il arxada qalsa da, geridə buraxdığımız illə bağlı tədbirlər davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və nəzdindəki “Sportsman” jurnalının təsis etdiyi “Zəfər” yüksək idman nailiyyətləri layihəsində ötən ildə fəqlənənləri təltif ediblər.

Ötən il Azərbaycan çempionu olan, avrokuboklarda olduqca uğurlu çıxış edən “Qarabağ” da 2 nominasiyada fərqlənib. Artıq 10 ildən çoxdur “Qarabağ”ın vitse-prezidenti olan, klubun formalaşmasında qurduğu stategiya ilə böyük rol oynayan Tahir Gözəl Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə təltif olunub.

“Qarabağ” tədbirdə daha bir mükafat alıb. Sözügedən komanda qurum tərəfindən İlin idman klubu mükafatını alıb.

Həmin kateqoriyadan