“Qarabağ”a çempionluq kuboku təqdim edildi

Topaz premyer liqasında sahibi “Qarabağ” qızıl medallara qovuşub. Allsport.az saytı xəbər verir ki, son turda “Neftçi”ni 3:2 məğlub edən Ağdam təmsilçisi ardıcıl 6-cı dəfə ölkə çempionu adını rəsmiləşdirib.

Mükafatlandırmada medalları AFFA prezidenti Rövnəq Abdullayev, PFL rəhbəri Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər. Tədbirin sonunda “Qarabağ”ın futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırıb.

Həmin kateqoriyadan