“Qarabağ”da Dias müjdəsi

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Danilo Dias uzun müddətdən sonra meydana qayıdıb. Allsport.az xəbər verir ki, braziliyalı dünən Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”la oyunun 90+1-ci dəqiqəsində Cavid Tağıyevin əvəzinə meydana çıxaraq bir neçə dəqiqə oynayıb.

Dias sonuncu dəfə sentyabrın 18-də “Sent-Etyen”lə Bakıda baş tutan Avropa Liqasının qrup mərhələsinin oyununda meydana çıxmışdı. O, geridə qalan müddət ərzində zədədən əziyyət çəkdiyi üçün, komandasına kömək edə bilmirdi.

Qeyd edək ki, “Qarabağ”ın digər aparıcı legionerlərindən Çumbinyo və Reynaldo hələ də zədə səbəbindən oynaya bilmir və onların yaşıl meydana nə vaxt dönəcəyi bəlli deyil.

Həmin kateqoriyadan