“Qarabağ”da qəfil istefa

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ında gözlənilməz istefa olub. Allsport.az saytı xəbər verir ki, Avstriyanın Şərq regional liqasında çıxış edən komandanın baş məşqçisi Volkan Qəhrəman vəzifəsindən getdiyini açıqlayıb.

Klub rəhbərliyi ilə görüşən türkiyəli mütəxəssis qarşılıqlı razılıq əsasında ayrılıb. “Qarabağ”da azərbaycanlı futbolçular da oynayırlar. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından, Emil Fərzəliyev komandaya keçib.

Vyanalılar 27 xalla 7-ci pillədədir və liderdən 10 xal geri qalır.

Həmin kateqoriyadan