Qarabağ”dan 2-qat yubiley heç-heçəsi

Premyer liqanın 15-ci turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün 2-qat yubiley heç-heçəsi ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə sülh bağlayıb.

Özünün 736-cı matçında bərabərlik edən “köhlən atlılar” ən çox heç-heçə edən komandadır. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.

Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” oyunu 0:0 hesabı ilə başa çatıb.

Həmin kateqoriyadan