“Qarabağ”dan çempionluq yolunda növbəti qələbə, “Neftçi” fürsəti boşa verdi

Bu gün premyer liqada 26-cı tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bütün görüşlər bir gün olub. Yarışın öncülü “Qarabağ” rəqib meydanında “Zirə”yə 3:0 qalib gəlib.

Çempionluğa iddialı “Neftçi” yenə xal itirib. Evdə “Sumqayıt”la matçda 2:3 uduzan “ağ-qaralar” sona 2 tur qalmış qızıl medal fürsətini əməli olaraq itirib.

“Səbail” öz meydanında “Qəbələ”dən üstün olub (2:1) bürünc medala doğru növbəti inamlı addımı atıb. “Sabah” və “Keşlə” arasında görüş sülhlə nəticələnib (1:1).

Həmin kateqoriyadan