“Qarabağ”ı azarkeşləri, “Zirə”ni məşqçisi ziyana salıb

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra Topaz premyer liqasının 11-ci turunun oyunları ilə bağlı qərarlar qəbul olunub:

“Neftçi” – “Zirə” matçında “ağ-qaralar”ın 4, “qartallar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Zirə”nin məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib.

“Sumqayıt” – “Keşlə” matçının 67-ci dəqiqəsində “kimyaçılar”ın futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. “Köhlən atlılar”ın klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək.

Həmin kateqoriyadan