Kamran HACI
«Qarabağ»ı Bakıda «Dnepr»ə futbol mafiyası uduzdurub!

Kamran Hacı | kamran-haji@mail.ru

 

Foqtsun da arxasında onlar dayanıbmış

Son dönəmdə qarşısına ciddi məqsədlər qoyan «Qarabağ» klubu addım-addım arzusuna çatmaqdadır. Ötən mövsüm uzun aradan sonra çempionluğa qovuşan «ağlar», ölkəmizi «Neftçi»dən sonra Avroliqanın qrup mərhələsinə adlayan ikinci komanda oldu. Ağdam təmsilçisi burada bir az da irəli getdi – elə başlanğıcda fubolsevərlərə ilk qələbə sevincini yaşatdı. Düzü, bu qələbə «Qarabağ»ı daha ruhlandırmışdı. İştah diş altında idi. Artıq qrup səddini də keçilməsi barədə fiikrlər səsləndirilir, müzakirələr və təhlillər gedir, hesablamalar aparılırdı.

Hər şeyə Bakıda, cavab matçında aydınlıq gələcəkdi. Azərbaycan idmanı ölkə çempionundan qələbə gözlədiyi vaxtda, komanda gözlənilmədən «Dnepr»ə məğlub oldu. Həmin görüşdə anlaşılmayan məqam, «Qarabağ»ın özündə olmaması idi. Sanki Qurban Qurbanov bilərəkdən məğlubiyyətə aparan taktika seçmişdi. Bir neçə gün öncə allsport.az-a daxil olan məlumat, ehtimallarımızı daha artırıb. Mənbə bildirib ki, «Qarabağ»ı futbol mafiyası uduzmağa məcbur edib və bu, tək tatalizatorla bağlı deyil – qaranlıqda olanların öz istəkləri, planları var. Futbola kənardan nəzarət edən həmin insanların klublara transferlər, məşqçi təyinatları, milli komandalara oyunçuların cəlb olunması barədə ara-sıra xarici KİV-də xəbərlər yazılır.

Qərbdə olan bir qanada Frans Bekkenbauerin başçılıq etdiyi barəsində söz-söhbət gəzir. UEFA-nın zirvə postunda gözü olmadığını həmişə bəyan edən dünya çempionu, bu quruma, eləcə də FİFA-ya öz təsir imkanı var. «Qarabağ»a gəldikdə, Premyer liqanın son qalibi AFFA prezidenti Rövnəq Abdullayevin başını axır zamanlar uca etdiyindən, ondan razıdır. Mülahizəyə görə, assosiasiya rəhbəri «Dnepr»ə Bakıda “məğlubiyyə”tə rəğmən, komandanın mükafatlarını verib. Görünür, o da vəziyyətdən hali imiş.

Təəssüf ki, «Qarabağ» yekunda yenə siyasətin güdazına getdi. Bunu «Angi» klubunun idman direktoru, Azərbaycan milli komandasının keçmiş futbolçusu Narvik Sırxayev eurofootball.ru-ya açıqlamasında açıq-aydın deyib. Sitaq: «Bura siyasəti qatmaq istəmirəm. Baxmayaraq ki, qrupdan Ukraynanın «Dnepr» klubu çıxıb. İlk növbədə, azarkeşlərə yazıq olsun. Onlar istəkli komandalarına dəstək olmağa gəlmişdilər. Yekun fanatlara kədərlə bitdi. «Qarabağ»ın bütün camiyəsinin gücünü ortaya qoymasına rəğmən, kimlərinsə üzündən zəhmətləri hədər getdi. Zarafat deyil, onlar «İnter» kimi kollektivə qarşı oynayırdılar».
Yəqin anladınız ki, burada söhbət «Qarabağ»ın son dəqiqədə vurduğu halal qolun qeydə alınmaması ilə yanaşı, Ukraynada «Sent Etyen»in görüşə bərabərlik gətirən topun hesaba almamasından gedir. Çünki bu matçda heç-heçə olacağı təqdirdə, Azərbaycan təmsilçisi 1 xalla da qrup mərhələsini adlayırdı.

Belə çıxır, millimizin sabiq baş məşqçisi Berti Foqtusun da arxasında həmyerliləri dayanıbmışı. Yəqin, bu səbəbdən AFFA onunla zamanında işbirliyinə son verə bilmirdi. 3 sikl seçmə kollektivin başında olasan, vədlər verəsən, ayın çox hissəsini Almaniyada keçirəsən, nəticə verməyə-verməyə fəaliyyətini davam etdirəsən; əlbəttə, bu daim şübhəyə yol açırdı.
Ehtimala görə, ola bilsin, futbol mafiyası assosiasiyada əsas işləri icra edən Elxan Məmmədovun əleyhinə hansısa bilgiyə malik olub. Bu üzdən, millimizdə oyun deyilən bir şey olmadığı, verilən vədlərin yerinə yetirilməməsi, mətbuatda basqılara baxmayaraq, «Teryer» Xorvatiya yığmasına 0:6 hesablı biabırçı məğlubiyyətədək, vəzifəsində qalırdı.

Diqqət çəkən başqa məqam, Foqtsla işbirliyi pozularkən, dostcasına ayrılmaq oldu. Sanki bu 6 ildə milli komandamızı geriyə Berti müəllim salmayıb. Maraqlıdır ki, onu məhz Azərbaycanda, işlədiyi məkanda sorğu-suala tutmaq, hesabat almaq mümkün olmadı. AFFA rəsmiləri almaniyalı ilə üçüncü ölkədə görüşdülər, elə orada halallaşdılar. Yekunda, 2 tərəf bir-birinə uğur arzuladı. Elə indinin özündə də Foqtsun əleyhinə nə AFFA-nın rəsmi mətbu orqanlarında, nə də quruma yaxın KİV-də xəbər gedir. Fotoda göründüyü kimi, sonda üzümüzə gülümsəyib getdi.

Futbol mafiyasının vəziyyətə nəzarət etməsi «Neftçi»nin qapıçısı Saşa Stamenkoviçin bir müsahibəsindən də aydın olub. O bildirmişdi ki, «yuxarılar»la işləmədiyindən, onu milliyə dəvət etmirlər. Daha sərt şəkildə isə «Fənərbağça»nın prezidenti Əziz İldırım, Ağır Cəza Məhkəməsinin onun yenidən tutulması yönündə aldığı qərara etiraz edərkən deyib. Türkiyənin «Millət» qəzeti iyunda iş adamının fikrini belə dərc edib: «Apellyasiya şikayəti verib, hər cür müdafiə hüququmuzdan istifadə edəcəyik. UEFA və CAS türk futbolunu ümidsizliyə qapayıb. Son 10 ildə futbol mafiyasının bu sistemə dərin nüfuz etməsi çılpağlığı ilə görünməkdədir».

Həmin kateqoriyadan