“Qarabağ”ımız “Styaua”nı da məğlub edib

“Qarabağ” komandası Antalyada təlim-məşq toplanışında bu gün 2-ci yoxlama matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu Rumıniyanın “Styaua” klubuyla qarşılaşıb. Matça sürətli başlayan komandamız ilk olaraq Dani Kintanayla qola yaxınlaşıb, lakin onun zərbəsi rəqib müdafiəçiyə tuş gəlib.

Bir neçə dəqiqə sonra Dani Kintananın cərimə meydançasına ötürməsini Dino Ndlovu başla tamamlayıb. İlk hissə komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. İkinci hissədə də komandamız matçın 59-cu dəqiqəsində Muarem Muaremlə hesabı 2:0 edib. Matç komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb. İlk sınaq görüşündə “Qarabağ” Albaniya “İsgəndərbəy”ini üstələyib (1:0).

Həmin kateqoriyadan