«Qarabağ»ın 1/16 finala çıxa bilməməsinə təəssüflənirəm»

«Yaxşı oyun oldu. Hər 2 komanda çalışdı. Təəssüf edirəm ki, «Qarabağ» klubu 1/16 finala adlaya bilmədi».

Bunu Avroliqanın qrup mərhələsinin son görüşləri çərçivəsində bu gün «F» qrupunda keçirilmiş «Qarabağ» – «İnter» matçından sonra mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roberto Mançini dedi.

İtaliyalı mütəxəssis bildirdi ki, meydan sahiblərinin yaxşı imkanları olub. Amma onlar bunu dəyərləndirə bilməyiblər: «Qarabağ» yaxşı komandadır. Onlara gələcək yarışlarda uğurlar arzulayıram.

Həmin kateqoriyadan