“Qarabağ”ın 3 ünlü həndbolçusu karyerasını başa vurub

Qadınlardan ibarət “Qarabağ” klubunu 3 həndbolçu tərk edib. Allsport.az saytı xəbər verir ki, onlar karyeralarını başa vurublar. Yeni mövsümdə keçmiş kapitan Anna Həmidova (1980), Səbinə Babayeva (1977) və Sultanə Tağıyeva (1980) matçları tribunadan izləyəcəklər.

Hər 3 oyunçu uzun müddət millidə çıxış ediblər. Adı 2-ci və 3-cü çəkilənlər 2002-ci ildə Bakıda keçirilmiş yığma komandalar arasında Çağırış kubokunu qazanıblar.

Həmin kateqoriyadan