“Qarabağ”ın 7 ehtimal rəqibi hansılardır?

“Qarabağ”ın çempionlar liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” BATE-ni (Belarus) mübarizədən kənarlaşdıracağı halda, səpələnməmişlər sırasında yer alacaq.

Burada 7 potensial rəqibi var. Bunlar PSV (Niderland), o cümlədən, “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya), “Seltik” (Şotlandiya) – AEK (Yunanıstan) və “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibləridir.

“Qarabağ” – BATE cütü ilə yanaşı, səpələnməmişlər səbətində “Yanq Boyz” (İsveçrə), “Malmö” (İsveç) – “Videoton” (Macarıstan), “Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya) cütlərinin qalibləri də rəqib ola bilər.

Pley-off mərhələsinin püşkü avqustun 6-da atılacaq. Oyunlar isə 21-22 və 28-29 avqustda keçiriləcək.

Həmin kateqoriyadan