“Qarabağ”ın 75-ci ev sülhü

Topaz premyer liqasının 20-ci turunun “Zirə” ilə görüşü “Qarabağ” üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, öz meydanında 0:0 hesablı heç-heçə edən Ağdam klubu Azərbaycan çempionatlarında 75-ci dəfə evdə 1 xal qazanıb.

1992-ci ildən keçirilən yarışda 379 dəfə öz meydanında qüvvəsini sınayan komanda bunların təxminən 19,8 faizində heç-heçə edib. “Qarabağ” evdəki bərabərlik sayında ikinci yerdədir. Öz meydanında ən çox heç-heçə edən klub isə “Neftçi”dir. Bakılılar evdə 83 sülhə imza atıblar.

Həmin kateqoriyadan