“Qarabağ”ın bütün ehtimal rəqibləri bilinib

Çempionlar liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub. Allsport.az saytı xəbər verir ki, bu, həm də startı bu raunddan verəcək 31 komanda arasında olan Azərbaycan təmsilçisi “Qarabağ”ın da ehtimal rəqiblərinin dəqiqləşməsi deməkdir.

Ağdam klubunun 1-ci təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri bəllidi. Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.

Qaydalara görə, 1-ci təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdi:

1-ci təsnifat mərhələsi
 
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç). 

Səpələnməmişlər: “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan), ilkin mərhələnin qalibi

İlkin mərhələ

Səpələnmişlər: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra).
Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu.

Çempionlar liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

Həmin kateqoriyadan