“Qarabağ”ın futbolçularının millidə qarşıdurması – İbrahim Şehiç sevindi, Ansi Aqolli üzüldü

Albaniya və Bosniya-Herseqovina milliləri sınaq matçında özlərini yoxlayıblar. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Herseqovina yığması səfərdə onun Ağdam klubunda komanda yoldaşı Ansi Aqollinin kapitanı olduğu Albaniya millisinin qonağı olub.

Qarşılaşma bosniyalıların 2:1 hesablı qələbəsi ilə bitib. “Qarabağ”ın futbolçuları görüşdə iştirak etməyiblər. Ansi matçı ehtiyat oyunçular skamyasından, Şehiç televiziyadan izləyib.

Həmin kateqoriyadan