“Qarabağ”ın futbolçusu İspaniya yığmasının hücumlarının qarşısını ala bilməyib

Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində öz qrupunda 3-cü matçını keçirib. Allsport.az xəbər saytı verir ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin komandası doğma meydanda İspaniya ilə qarşılaşıb.

“G” qrupunda baş tutan matçda ev sahibləri 0:2 hesab ilə uduzublar. Start heyətdə meydana çıxan Aqolli sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə də alıb.

Həmin kateqoriyadan