“Qarabağ”ın futbolçusu millinin düşərgəsini tərk edib

“Qarabağ” klubunun üzvü Riçard Almeyda Azərbaycan yığmasının məşqində iştirak etdikdən sonra, millinin düşərgəsindən ayrılıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu komandanın ab-havasını hiss etmək, adaptasiya prosesinin başlanması məqsədi ilə baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

Onun hətta Qətərlə yoldaşlıq görüşündə iştirak etmək üçün səfərə aparılacağı da gözlənilirdi. Lakin bu, baş verməyib. Riçard Almeydanın Azərbaycan millisinin heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

Həmin kateqoriyadan