“Qarabağ”ın hücumçusu Seneqalla cavab oyununda da ehtiyatda qalıb

Cənubi Afrika Respublikasının millisi DÇ-2018-in seçmə mərhələsində sonuncu oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun yer aldığı “Bafana bafana” “D” qrupunda səfərdə öncül Seneqalla qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Forvard oyunun iştirakçısı olmayıb. O, ev qarşılaşmasında olduğu kimi, ehtiyatda qalıb.

Dino Ndlovunun komandası seçmə mərhələni 4 xalla 4 komanda arasında axırıncı yerdə bitirib.

Həmin kateqoriyadan