“Qarabağ”ın hücumçusu: Ümidsiz olmamalıyıq

“Qarabağ”ın futbolçusu Dino Ndlovu “İnstaqram”da şəxsi hesabında paylaşma edib. Allsport.az saytı xəbər verir ki,  afrikalı hücumçu çempionlar liqasının qrupunda “Çesli”yə 0:6 hesabı ilə uduzduqları üçün azarkeşləri ruhdan düşməməyə səsləyib:

“Aydındır ki, “Çesli”yə məğlubiyyətə görə hamı ümidsizliyə qapanıb. Ancaq biz “Qarabağ”ıq, ümidsiz olmamalıyıq. Biz nə uğursuzlar, nə də uduzanlarıq. İstədiyimizi göstərə bilməyəndə, oyun alınmayanda “Allah həmişə böyükdür” deyib yolumuza davam edəcəyik”.

Həmin kateqoriyadan