“Qarabağ”ın ispaniyalı futbolçuları “AS” qəzetinə müsahibə verib

Çempionlar liqasının qrupunda “Qarabağ”- “Atletiko” oyunu ərəfəsində Azərbaycan təmsilçisinin heyətində çıxış edən ispaniyalı futbolçular Dani Kintana və Miçel İspaniyanın nüfuzlu “AS” idman nəşrinə müsahibə veriblər.

Allsport.az saytı xəbər verir ki, “Atletiko Madrid”in səfəri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır” sərlövhəli yazıda “Qarabağ”ın pireneyli üzvləri Bakıda keçiriləcək oyuna azarkeşlərin böyük marağından, komandamızın mübarizəyə ciddi hazırlaşmasından bəhs ediblər. AzərTAc-ın məlumatına görə, “AS” qəzetinin jurnalistinin suallarını cavablandıran Miçel sonda deyib:

“Bu, azərbaycanlı futbol azarkeşləri üçün çox maraqlı oyundur və stadiona çoxlu sayda insanın gəlməsi gözlənilir. Bakı olimpiya stadionu yeni arenadır, burada ölkənin milli komandası öz oyunlarını keçirir. AFFA bizə UEFA çempionlar liqasındakı oyunlarımızı burada keçirməyə imkan yaradıb. Bu stadion 70 min azarkeş tutur və əminəm ki, arena “Atletiko Madrid” futbolçularının xoşuna gələcək”.

Həmin kateqoriyadan