“Qarabağ”ın keçmiş futbolçusu: “Əliyar Ağayev çox yaxşı oyun idarə etdi”

Yunanıstan çempionatının son turunda PAOK – “Atromitos” (3:1) görüşünü azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyini xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, Saloniki klubundan ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış edən Pedro Enrike FIFA hakimimizin idarəçiliyini “Futbolinfo” üçün dəyərləndirib. O, əvvəlcə həmyerlimizlə görüşdən danışıb:

“Oyundan əvvəl Əliyar Ağayevlə görüşüb bir az söhbət etdik. Ona uğurlar arzuladım və yaxşı bir matç keçirməsini dilədim”. 

Pedro sonra “Atromitos”un idarəçilikdən narazı qalmasına münasibət bildirib: “Heç kim narazı ola bilməz. Biz qalib gəldik. Haqlı penaltilər verildi. Qolumuz ləğv edildi, penalti qaçırdıq. Amma qalibiyyətə layiq idik. Ümumiyyətlə, Əliyar Ağayev çox yaxşı oyun idarə etdi”.

Həmin kateqoriyadan