“Qarabağ”ın Madrid səfərinin planı

“Qarabağ”ın UEFA çempionlar liqasının “C” qrupunda İspaniyanın “Atletiko” klubuna qarşı keçirəcəyi səfər matçına hazırlıq proqramı bəlli olub. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi Madriddə bir məşq keçəcək.

Oktyabrın 29-da yola düşəcək Azərbaycan çempionu ertəsi gün qarşılaşmanın keçiriləcəyi “Vanda Metropolitano” stadionuna çıxacaq. Baş məşqçi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) futbolçuları görüşə hazırlayacaq.

“Hindular” matç öncəsi son məşqini 17:30-da “Visente Kalderon”da keçəcək. Lakin baş məşqçi Dieqo Simeone jurnalistlərin önünə “Vanda Metropolitano”nun konfrans zalında çıxacaq.

Bu komandaların oyunu oktyabrın 31-də keçiriləcək.

Həmin kateqoriyadan