“Qarabağ”ın Milan “İnter”i ilə oyununun biletləri satışda

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan çempionu “Qarabağ”la İtaliya “İnter”i arasındakı oyunun biletləri satışa çıxarılıb. Allsport.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Qeyd edək ki, matça maraq olduqca böyükdür. Bunu nəzərə alan klub rəhbərliyi 30 mindən çox bilet satışa çıxarıb. Biletlərin qiymətləri həmişəki kimi, 1 manatdan 10 manata qədərdi. VİP üçün biletlərə isə 50 manat qiymət qoyulub.

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan