“Qarabağ”ın müdafiəçisi Polşada rekordçu olub

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Polşa futbolunun tarixinə düşüb.

Allsport.az saytı xəbər verir ki, dünən 32 yaşlı futbolçu Ağdam klubunun heyətində çempion olmaqla, karyerası ərzində 14-cü kubokunu qazanıb.

Ötən il kapitanı olduğu “Legiya”dan “Qarabağ”a gələn Kuba Azərbaycanda ilk 2 tituluna yetişib. O, digər 12 kuboku isə “Legiya”da başı üzərinə qaldırıb. Bunlardan 5-i Polşa çempionluğu, 6-sı ölkə kuboku, 1-i isə superkubokdur.

Həmin kateqoriyadan