“Qarabağ”ın oyunu dramatik bitdi: “Azərsu” qələbə topunu son 10 saniyədə vurdu

Qadın həndbolçuların ölkə çempionatında 14-cü görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, “ABU-arena”da ilk öncə “Azəryol” və “İdman akademiyası” üz-üzə gəliblər. Gözlənildiyi kimi, bu matçda Georgi Voronovun komandası qalib gəlib (38:23).

Turun mərkəzi oyunu “Qarabağ” və “Azərsu” arasında olub. İlk hissədə tərəflər hərəyə 10 dəfə fərqləndilər. Növbəti yarıda daha fəallaşan ölkə çempionu mübarizənin gedişində 3 top fərqi ilə üstünlük qazandı.

Son dəqiqələrdə təzyiqi artıran “Qarabağ” görüşün bitməsinə 37 saniyə qalmış hesabı bərabərləşdirdi (24:24). Bir nəfər azlıaqda olmasına rəğmən, hücum imkanına yiyələnən “Azərsu” sona 10 saniyə qalmış qələbə qolunu vura bildi.

Həmin kateqoriyadan