- Baxış sayı: 21
- 29 Mart 2024 19:10
- Baxış sayı: 165
- Mart 28, 2024
- 0
Bosniya və Herseqovina yığması AÇ-2016-nın final mərhələsinə vəsiqə uğrunda İrlandiya ilə cavab pley-off matçına çıxıb. Allsport.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin komandası bu rəqibi ilə səfərdə qarşılaşıb.
Doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşan bosniyalılar səfər oyununda uğursuz çıxış ediblər. Nəticədə, 0:2 hesablı məğlubiyyət bu komandanın tarixində ilk dəfə qitə birinciliyinə çıxmasına mane olub. İrlandiya isə AÇ-2016-ya vəsiqə qazanıb.
Qeyd edək ki, “Qarabağ”ın qapıçısı bu oyun üçün sifariş olunsa da, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.