“Qarabağ”ın qapıçısı Londonda həmyerliləri tərəfindən dəstəklənib

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson Avropa liqasının “E” qrupunun 6-cı turunda Londonda “Arsenal” klubu ilə oyunda həmyerliləri tərəfindən dəstəklənib. Allsport.az saytı xəbər verir ki, bir qrup islandiyalı azarkeş 34 yaşlı qolkiperin futbol köynəyi ilə görüşü izləyib.

Hannes, öz növbəsində, matçın ardından onlarla xatirə şəkli çəkdirərək sosial şəbəkə hesabından paylaşıb. “Topçular”ın 1:0 hesabı ilə qalib gəldiyi oyunda “Qarabağ”ın qapısını Vaqner da Silva qoruyub.

Həmin kateqoriyadan