“Qarabağ”ın qapıçısı rəmzi yığmada

Bosniya və Hersoqovinada ötən həftənin rəmzi millisi tərtib olunub. Allsport.az saytı xəbər verir ki, iç və dış çempionatlarda çıxış edən futbolçuların son oyunlar göstəricilərinə əsasən qurulan “11-lik”də “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də yer alıb.

Azərbaycan premyer liqasının 16-cı turunun “Səbail”lə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper rəmzi komandanın qapıçısı olub. Ümumən, heyətə ölkə xaricində çıxış edən 7, yerli klubların 4 futbolçusu düşüb.

Həmin kateqoriyadan