“Qarabağ”ın qapıçısının komandası Yunanıstanla matçda qələbəni son dəqiqədə əldən verib

Bosoniya və Herseqovina millisi DÇ-2018-in seçmə ələməsində növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin komandası səfərdə Yunanıstanla üz-üzə gəlib.

Qolkiperimizin sonadək ehtiyatda qaldığı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqlar qələbəni 90+5-ci dəqiqədə əldən veriblər.

Qeyd edək ki, Şehiçin komandası hazırda 7 xalla yer aldığı “H” qrupunda 3-cü pillədədir.

Həmin kateqoriyadan