“Qarabağ”ın qapıçısının millisi “Qəbələ”nın hücumçusunun komandasını darmadağın edib

DÇ-2018-in seçmə mərhələsində ötən axşam Bosniya-Herseqovina millisi doğma meydanda Estoniyanı qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüş meydan sahiblərinin bötük hesablı qələbəsi ilə başa çatıb – 5:0.

Baltikyanı ölkə yığmasının heyətində “Qəbələ”nın hücumçusu Sergey Zenyov meydanda olub. O, start heyətdə başladığı qarşılaşmanın 71-ci dəqiqəsində əvəzlənib.

Bosniyalıların heyətində isə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç matçı ehtiyat oyunçular skamyasından izləyib.

Həmin kateqoriyadan